BDU kollektivi yanğında həyatını itirən tələbəni anıb - FOTO

BDU kollektivi yanğında həyatını itirən tələbəni anıb - FOTO Abel Məhərrəmov bu ağır hadisədən bütün universitet kollektivinin sarsıldığını bildirib
Hadisə
20 May , 2015 16:48
BDU kollektivi yanğında həyatını itirən tələbəni anıb - FOTO

Bakı. 20 may. REPORT.AZ/ Bakı Dövlət Universitetində Binəqədi rayonunda baş vermiş yanğında həyatını itirən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Ülkər Eyvazovanın anım mərasimi keçirilib. "Report" xəbər verir ki, universitetin rektoru Abel Məhərrəmov bu ağır hadisədən bütün universitet kollektivinin sarsıldığını bildirib.

O, Ülkər Eyvazovanın tələbəlik dövründə qazandığı uğurlardan və tələbələr arasındakı yüksək nüfuzundan hüznlə söhbət açıb. Rektor qeyd edib ki, Ülkər Eyvazova qrup nümayəndəsi və fəal ictimaiyyətçi tələbə kimi həmişə seçilib, universitetin və fakültənin həyatında aktivlik göstərib.

A.Məhərrəmov onun və bütün vəfat edənlərin ailələrinə səbr və Allahdan rəhmət diləyib.

Fakültənin dekanı Nazim Şəmilov, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, Ülkər Eyvazovanın tələbə yoldaşları adından Xədicə Abbaslı çıxış ediblər.

Universitet kollektivi Ülkər Eyvazovanın və ailə üzvlərinin məzarını ziyarət ediblər. 

Son xəbərlər

Orphus sistemi