Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb

Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb Bu müddət ərzində ümumilikdə 26 yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
23 Mart , 2016 10:28
Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb

Bakı. 23 mart. REPORT.AZ/ Son 3 gündə (martın 20-21-22-də) Azərbaycanda baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin "Report"a verdiyi məlumata görə, bu müddət ərzində ümumilikdə, 26 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 ölüm faktı qeydə alınıb.

Onun sözlərinə görə, son üç gün ərzində baş vermiş qəzalarda 45 yaralı olub.

Şöbə rəisi qeyd edib ki, martın 20-də 10 hadisə olub: "Qəza zamanı 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Martın 21-də 8 hadisə nəticəsində ölən olmasa da, 15 nəfər yaralanıb. Martın 22-də isə 8 hadisə zamanı 3 nəfər ölüb, 17 nəfər yaralanıb". 

Son xəbərlər

Orphus sistemi