Bayılda iki avtomobil toqquşub, xəsarət alan var

Bayılda iki avtomobil toqquşub, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 Sentyabr , 2019 22:28
Bayılda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonu Bayıl qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 1990-ci il təvəllüdlü Rzaquliyeva Zəhra Vaqif qızı xəsarət alıb. O, təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi