Yuxarı

Bayılda 65 min manatlıq oğurluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

​Bayılda 65 min manatlıq oğurluq edən şəxs məhkəmə zalından azadlığa b

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sərxan Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Bayramovun barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bildirilib ki, S.Bayramov məhkəmə istintaqı dövründə zərərçəkmişə dəymiş zərəri ödəyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi