Yuxarı

Başından xəsarət alan körpə Neyrocərrahiyyə Xəstəxanasında ölüb

​Başından xəsarət alan 3 yaşlı uşaq xəstəxanada ölüb

Bakıda xəstəxanada 3 yaşlı uşaq dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisə oktyabrın 9-da Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verib.

Belə ki, oktyabrın 3-də Qobustan rayon sakini, 2016-cı il təvəllüdlü Rasim Muradov başın əzilmiş yaraları xəsarəti ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra yaralı əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Oktyabrın 9-da isə körpə orada ölüb.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırılma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi