Baş prokurorun müavini: "Könüllülərin fəaliyyətindən səmərəli istifadə edilir"

Baş prokurorun müavini: "Könüllülərin fəaliyyətindən səmərəli istifadə edilir" "Prokurorluqda könüllülərin fəaliyyətindən səmərəli istifadə edilir".
Hadisə
7 sentyabr 2022 08:40
Baş prokurorun müavini: Könüllülərin fəaliyyətindən səmərəli istifadə edilir
Heydər Məmmədov

"Prokurorluqda könüllülərin fəaliyyətindən səmərəli istifadə edilir".

"Report"un xəbərinə görə, bunu Baş prokurorun müavini Heydər Məmmədov Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutan “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin bağlanış mərasimində deyib.

Tədbir zamanı çıxış edən H.Məmmədov həmin yay məktəbinin yüksək peşəkarlıqla təşkil olunmasına və orada təlimçi qismində prokurorluq əməkdaşlarının iştirakına görə Vəkillər Kollegiyası və Gənclər Fonduna təşəkkürünü ifadə edib.

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclərin dayandığını vurğulayan H.Məmmədov 23 müsabiqə nəticəsində uğur qazanmış hüquqşünasların prokurorluq kadr korpusunun 83,9 faizini təşkil etdiyini diqqətə çatdırıb.

Baş Prokurorun müavini çıxışında hüquqşünas tələbələrin praktiki bacarıqlarının formalaşması məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən layihələrin uğurlu nəticələrindən bəhs edib.

Nəzərə çatdırılıb ki, prokurorluq orqanlarında eyni zamanda gənc könüllülərin fəaliyyətindən səmərəli istifadə davam etdirilir.

O bildirib ki, hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan fəal gənclər təcrübə toplamaları, asudə vaxtlarının səmərəli təşkili, eləcə də onların özlərinin prokurorluğun fəaliyyətinə qatqılarını vermələri məqsədilə könüllü olaraq işlərə cəlb edilmələri təmin edilib.

Son xəbərlər

Orphus sistemi