Baş Prokurorluqdan "Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama

Baş Prokurorluqdan "Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama Baş Prokurorluq "Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.
Hadisə
24 İyun , 2021 10:37
Baş Prokurorluqdan Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama

Baş Prokurorluq "Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluqdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: "Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi