Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib Aprelin 29-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun struktur qurumlarının məsul əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizən
Hadisə
197
29 Aprel , 2022 12:15
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Aprelin 29-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun struktur qurumlarının məsul əməkdaşlarının iştirakı ilə Azərbaycan Prezidentinin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) icrası ilə əlaqədar qarşıda duran vəzifələrə dair əməliyyat müşavirəsi keçirilib.

Bu barədə "Report"a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirədə çıxış edən Baş prokuror ölkə başçısı İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyini qeyd edib.

Bu baxımdan antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq səlahiyyətli qurumlara təkliflərin hazırlanaraq təqdim olunması, dövlət orqanlarının fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, mövcud qanunların daha da səmərəli tətbiq edilməsi, xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi, əməliyyat tədbirlərinin intensivləşdirilməsi və cinayət törətmiş bütün şəxslərin müəyyən edilməklə məsuliyyətə cəlb edilməsinin təmin olunmasının vacibliyi vurğulanmışdır.
Müşavirədə həmçinin qabaqcıl beynəlxalq təcrübənin öyrənilməklə tətbiq olunması, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə aktiv iştirakının təmin edilməsi məqsədilə onların maarifləndirilməsi işinin yeni müstəviyə qaldırılması, xüsusən əhatəli antikorrupsiya tədris modulunun hazırlanması qərara alınıb.

Əməliyyat müşavirəsinin sonunda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) icrası ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planı” təsdiq edilib.

Müşavirəyə yekun vuran Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində ən qətiyyətli tədbirlərin görülməsinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi