Yuxarı
    Bağlamaq

    Baş Prokurorluq valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha məsuliyyətli olmalarını tövsiyə edib

    Üç gün əvvəl yaşadığı evdən yıxılmış körpə ölüb

    Bakı. 25 iyul. REPORT.AZ/ Son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı övladlarının nəzarətsiz qalmaları nəticəsində yaşadıqları mənzilin eyvan və pəncərələrindən yıxılaraq vəfat etməsi hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.

    Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, iyulun 22-də, saat 15 radələrində paytaxtın Binəqədi rayonunda, 2016-cı il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı anasının nəzarətsizliyi səbəbindən yaşadığı çoxmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib və iyulun 24-də orada vəfat edib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi