Baş Prokurorluq: "Ucarda şagirdin intihara cəhd etməsi araşdırılır"

Baş Prokurorluq: "Ucarda şagirdin intihara cəhd etməsi araşdırılır" Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Hadisə
31 yanvar 2022 08:58
Baş Prokurorluq: Ucarda şagirdin intihara cəhd etməsi araşdırılır

Ucarın Qaradağlı kənd məktəbində şagirdin intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır", - məlumatda bildirilib.

Xatırladaq ki, Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı F.M-nin (qız) sinif yoldaşı L.B (qız) tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Bildirilib ki, bu hadisədən sonra F.M intihara cəhd edib və bilək nahiyəsini kəsib.

Son xəbərlər

Orphus sistemi