İki rayon və bir şəhərdə ağac kəsintisi ilə bağlı cinayət işi açılıb

İki rayon və bir şəhərdə ağac kəsintisi ilə bağlı cinayət işi açılıb Öz qanunazidd əməlləri ilə ölkəmizdəki ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl mübarizə tədbirləri davam etdirilir. Belə k
Hadisə
21 Yanvar , 2022 15:23
İki rayon və bir şəhərdə ağac kəsintisi ilə bağlı cinayət işi açılıb

Baş Prokurorluq üç rayonda qanunsuz ağac kəsimi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə "Report"a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, müxtəlif ərazilərdə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.

Aparılan araşdırmalar nəticəsində, İsmayıllı və Goranboy rayonlarında, həmçinin Şirvan şəhərində qanunvericiliyin tələblərinə əsasən dövlət qurumlarının və bələdiyyələrin yaşıllıqların mühafizəsinə yönəlmiş nəzarət və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar üzərlərinə düşən vəzifələrin yerinə yetirilməməsi, habelə aidiyyəti vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində ümumilikdə 56 ədəd ağacın qanunsuz kəsilərək təbiətə 14 min 630 manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq aidiyyəti üzrə İsmayıllı və Xocalı rayon, o cümlədən Şirvan şəhər prokurorluğuna göndərilib.

Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

"Baş Prokurorluq vətəndaşlarımızdan yaşıllıqların mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsini, zəruri hallarda müvafiq icazələrin alınması üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsini tövsiyə edərək qeyd edir ki, ətraf mühitin mühafizəsi sahəsində qanun pozuntularına yol verilməsi hallarına qarşı bundan sonra da ən ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi