Yuxarı

​Baş Prokurorluq: Eldar Sabiroğlunun oğlu prokurorluq orqanlarından xaric olub

“Zərdab Rayon Prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır”

“Zərdab Rayon Prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır”

Bakı. 21 dekabr. REPORT.AZ/ Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olub. “Report”un xəbərinə görə, bu barədə məlumat Baş Prokurorluğun rəsmi saytında yer alıb.

İcra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab Rayon Prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Qeyd edək ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi