Baş Prokurorluq Rasim Əliyevin ölüm faktına görə başlanmış cinayət işi ilə bağlı yayılmış məlumatları təkzib edib

Baş Prokurorluq Rasim Əliyevin ölüm faktına görə başlanmış cinayət işi ilə bağlı yayılmış məlumatları təkzib edib Eldar Sultanov: "​Cinayət işinin istintaqı tamamlanmaq üzrədir"
Hadisə
22 Oktyabr , 2015 19:18
Baş Prokurorluq Rasim Əliyevin ölüm faktına görə başlanmış cinayət işi ilə bağlı yayılmış məlumatları təkzib edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi və aldığı xəsarətlərdən orada ölməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə guya istintaq hərəkətlərinin aparılmaması və məhkəmə-tibb ekspertizası rəylərinin istintaqa təqdim edilməməsi barədə məlumatlar dərc edilib".

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Məlumatda bildirilir ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur:

"Göstərilənlərlə bağlı bildiririk ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslərin dairəsinin qısa müddət ərzində müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması və digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi təmin edilib.

Təyin edilmiş çoxsaylı ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibb ekspertizası rəyləri oktyabrın 20-də istintaqa təqdim edilmişdir. Hazırda təqsirləndirilən şəxslərin ekspertiza rəyləri ilə tanış edilməsi prosesi davam etdirilir. İstintaqın tamamlanması, zərəçəkmiş şəxsin hüquqi varisinin ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tanış olmaları qısa müddətdə təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi