Baş Prokurorluq: Ötən il Azərbaycanda 53 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib

Baş Prokurorluq: Ötən il Azərbaycanda 53 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib Baş Prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib
Hadisə
17 Yanvar , 2018 10:18

Bakı. 17 yanvar. REPORT.AZ/ "2017-ci ildə korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib".

“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2017-ci ildə görülən işlərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, ötən il 20 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 54-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilib. 

K.Əliyev vurğulayıb ki, araşdırmalar nəticəsində yol verilən qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə göndərilən 88 təqdimat nəticəsində 53 vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Son xəbərlər

Orphus sistemi