Baş Prokurorluq Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib

Baş Prokurorluq Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb.
Hadisə
21 Oktyabr , 2021 14:55
Baş Prokurorluq Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib

Baş Prokurorluq Tovuz rayonunda qətlə yetirilən Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə yayılan məlumatlara münasibət bildirib.

Qurumun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə N.Quliyevanın yayılan məlumatlar əsassızdır:

"Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilib. Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyil".

"Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd olunur ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!", - Mətbuat Xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi