Xəstəxanada körpə doğuş zamanı ölüb

Xəstəxanada körpə doğuş zamanı ölüb Sentyabrın 20-də saat 03 radələrində Sabirabad rayonu, Qasımbəyli kənd sakini Aytac Quliyevanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
21 Sentyabr , 2020 11:58
Xəstəxanada körpə doğuş zamanı ölüb

Sentyabrın 20-si saat 03 radələrində Sabirabad rayonu, Qasımbəyli kənd sakini Aytac Quliyevanın yeni doğulan uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla Aytac Quliyevanın sentyabrın 16-da saat 13 radələrində doğuş sancıları ilə daxil olduğu Sabirabad Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu oğlan uşağının dünyaya gəlməsi və qeyd edilən tarixdə yeni doğulan uşağın ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi