Baş Prokurorluq Göyçayda zəlzələ zamanı baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Baş Prokurorluq Göyçayda zəlzələ zamanı baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb Meyitin müayinəsi aparılıb, məhkəmə-tibbi ekspertizası təyin edilib
Hadisə
4 Sentyabr , 2015 18:01
Baş Prokurorluq Göyçayda zəlzələ zamanı baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Baş Prokurorluq Göyçay rayonunda zəlzələ zamanı baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, sentyabrın 4-də saat 10:55-də Göyçay rayon prokurorluğuna rayonun Məlikkənd kəndində yaşamış, 1987-ci il təvəllüdlü Ruhiyyə İbadovanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə Rayon Polis Şöbəsindən daxil olmuş məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib, meyitin müayinəsi aparılıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prossesual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, R.İbadova həmin gün saat 10 radələrində həyətyanı sahəni suvarmaq məqsədilə yaşadığı evin yaxınlığından keçən arxın içərisinə quraşdırılmış mühərriki işə salan zaman ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində 20 sm dərinliyində olan həmin arxa yıxılaraq orada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir və hadisənin zəlzələ ilə əlaqəli olması xüsusatları araşdırılır. 

Son xəbərlər

Orphus sistemi