Baş Prokurorluq dövlət qulluqçularının peşə bayramını təbrik edib

Baş Prokurorluq dövlət qulluqçularının peşə bayramını təbrik edib Azərbaycan Respublikası Baş Prokurorluğu 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib.
Hadisə
182
23 İyun , 2020 11:03
Baş Prokurorluq dövlət qulluqçularının peşə bayramını təbrik edib

Azərbaycan Respublikası Baş Prokurorluğu 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluqçularını təbrik edib.

"Report" xəbər verir ki, Baş Prokurorluğun “Facebook” səhifələrində yer alan təbrikdə deyilir:

"Dövlət başçısı İlham Əliyevin müdrik rəhbərliyi, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün mübarizə aparıldığı bugünlərdə öz fəaliyyətlərini pandemiya dövrünün tələblərinə uyğun şəkildə quraraq vətəndaşlara xidmət etmək üçün əllərindən gələni əsirgəməyən dövlət qulluqçuları böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqdirlər.

Bu münasibətlə Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından bütün dövlət qulluqçularını, o cümlədən prokurorluq orqanlarında peşəkar və əzmkarlıqla xidmət edən dövlət qulluqçularını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq".

Son xəbərlər

Orphus sistemi