Baş Prokurorluq bəzi ​KİV rəhbərlərinə xəbərdarlıq edib

Baş Prokurorluq bəzi ​KİV rəhbərlərinə xəbərdarlıq edib "Aksiyaların Bakıda və digər bölgələrdə növbəti keçirilmə vaxtları elan edilib, vətəndaşları kütləvi iğtişaşlara təhrik etməyə cəhdlər göstərilib"
Hadisə
29 Yanvar , 2016 15:33
Baş Prokurorluq bəzi ​KİV rəhbərlərinə xəbərdarlıq edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası tərəfindən bu ilin yanvar ayında bəzi internet informasiya resurslarında aparılan monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. 

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Prokurorluqda aparılan araşdırmalarla müəyyən edilib ki, bir sıra internet saytlarında “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq 2016-cı ilin yanvar ayında respublikanın müxtəlif bölgələrində ayrı-ayrı şəxslər tərəfindən təşkil edilməklə keçirilən aksiyaların ölkədə guya sosial-iqtisadi vəziyyətin pisləşməsi, əhalinin mövcud vəziyyətdən narazı olması kimi qiymətləndirilməsi, eləcə də həmin aksiyalarla əlaqədar heç bir dəqiqləşdirmə aparılmadan və dövlət orqanlarının rəsmi mövqeyi öyrənilmədən açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilməklə məlumatlar yayımlanıb. 

Bəzi hallarda həmin məlumatlarda aksiyaların Bakı şəhərində və respublikanın digər bölgələrində növbəti keçirilmə vaxtları elan edilib, vətəndaşları kütləvi iğtişaşlara təhrik etməyə cəhdlər göstərilib, ayrı-ayrı vəzifəli şəxslər ağır cinayətlərdə ittiham edilib, həmçinin müxtəlif dövlət strukturları və onların rəhbərləri haqqında həqiqətə uyğun olmayan və böhtan xarakterli informasiyalar yayılıb. 

Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və “Qaynar-media” MMC-nin rəhbərləri Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq ediliblər.

Son xəbərlər

Orphus sistemi