Baş Prokurorluğun Kollegiya iclası keçirilib

Baş Prokurorluğun Kollegiya iclası keçirilib Dekabrın 27-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.
Hadisə
27 Dekabr , 2022 16:03
Baş Prokurorluğun Kollegiya iclası keçirilib

Dekabrın 27-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.

"Report"un xəbərinə görə, Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev “Şuşa ili”ndə Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının təmin olunması və zəruri infrastrukturun yaradılması istiqamətində görülmüş tədbirlərlə əzəli torpaqlarından ayrı qalmış sakinlərimizin qürür və sevinclə “Böyük Qayıdış”ının ilk mərhələsinin uğurla gerçəkləşdiyini xüsusi vurğulayıb.

Kollegiya iclasında əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılmasının təmin edildiyi qeyd edilib.

İclasda “İşin Təşkili Qaydaları”nın təkmilləşdirilməsi məsələləri ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, prokurorluq işçilərinin “Etik Davranış Kodeksi”nin yeni layihəsinə dair Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, cari kadr məsələləri ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, xidməti, icra və əmək intizamının möhkəmləndiirilməsi ilə əlaqədar Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov və “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi ilə əlaqədar görülmüş işlərə dair Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev məruzələrlə çıxış ediblər.

Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda Kollegiyanın qərarı ilə “İşin Təşkili Qaydaları”na əlavə və dəyişikliklər, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi” təsdiq edilib.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi