Baş prokuror Şirvanda vətəndaşları qəbul edib

Baş prokuror Şirvanda vətəndaşları qəbul edib Zakir Qaralov 20-yə yaxın vətəndaşın müraciətlərinin həll edilməsi üçün müvafiq göstərişlər verib
Hadisə
23 Sentyabr , 2016 13:01
Baş prokuror Şirvanda vətəndaşları qəbul edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov sentyabrın 23-də Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Saatlı, Sabirabad və Salyanrayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl baş prokuror və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror Z.Qaralov bölgədə yaşayan 20-yə yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, eyni zamanda prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Yekunda Z.Qaralov tabe prokurorların iştirakı ilə müşavirə keçirməklə, vətəndaş-məmur münasibətlərinin Prezident İlham Əliyevin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi