Baş prokuror Qaxda vətəndaşları qəbul edib

Baş prokuror Qaxda vətəndaşları qəbul edib Qəbulda 19 vətəndaş iştirak edib
Hadisə
25 avqust 2017 09:13
Baş prokuror Qaxda vətəndaşları qəbul edib

Bakı. 25 avqust. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Qax rayon prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edib.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlar iştirak edib.

Qəbuldan əvvəl Baş prokuror və Qax rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 19 vətəndaş qəbul edilib, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb.

Qəbul zamanı həmçinin müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi