Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edəcək Görüşdə Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər
Hadisə
19 Oktyabr , 2016 11:28
Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edəcək
Report

Bakı. 19 oktyabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. 

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul oktyabrın 28-i saat 10:00-da Beyləqan rayon Prokurorluğunun inzibati binasında olacaq.

Görüşdə Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Beyləqan şəhərinə gəlmələrinin təşkilini müvafiq rayon prokurorları həyata keçirəcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. 

Son xəbərlər

Orphus sistemi