Azərbaycanın baş prokuroru Kamran Əliyev Vəkillər Kollegiyasının sədri Anar Bağırovu təltif edib.
“Report” xəbər verir ki, bu barədə Kollegiyanın sədri feysbukdakı hesabında yazıb.
O, qeyd edib ki, Kamran Əliyevin əmri ilə "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə təltif olunub.
“Kamran Əliyev baş prokuror kimi fəaliyyətinin ilk günündən etibarən vəkilliyə müstəsna diqqət göstərib, xüsusilə Kollegiya tərəfindən göndərilən müraciətlərə hər zaman həssaslıqla yanaşıb. Eyni zamanda ikitərəfli əməkdaşlıq çərçivəsində 2019-cu ildə Vəkillər Kollegiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında anlaşma Memorandumu imzalanmışdır. Hazırda Kollegiya Baş Prokuror yanında Elmi-Məsləhət Şurasında təmsil olunur”, - Kollegiya sədri vurğulayıb.
A.Bağırov K.Əliyevə təşəkkür edib.