Baş nazirin müavininin oğluna yüksək vəzifə verilib

Baş nazirin müavininin oğluna yüksək vəzifə verilib Bakı. 1 fevral. REPORT.AZ/ Baş nazirin müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğluna yüksək vəzifə verilib.
Hadisə
1 Fevral , 2019 18:14
Baş nazirin müavininin oğluna yüksək vəzifə verilib

Bakı. 1 fevral. REPORT.AZ/ Baş nazirin müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğluna yüksək vəzifə verilib.

"Report"un məlumatına görə, bəzi saytlarda Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənovun işdən çıxarılaraq sərəncama götürülməsi barədə məlumatlar yayılıb.

Bununla bağlı "Report"un sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənov daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək daha yüksək vəzifəyə - DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi