Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş əməliyyatçısı narkotiklə tutulub

Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş əməliyyatçısı narkotiklə tutulub Onun üzərindən səkkiz bükümdə heroin götürülüb
Hadisə
17 mart 2017 08:02
Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş əməliyyatçısı narkotiklə tutulub

Lənkəran. 17 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı narkotik maddə ilə tutulub.

"Report"un Cənub bürosunun məlumatına görə, BNMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İdarənin Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı Nazim Xəlilov tutulub. Onun üzərinə baxış keçirilən zaman səkkiz bükümdə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi