Baş konsulluq: İstanbulda törədilən terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Baş konsulluq: İstanbulda törədilən terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsolluğuna İstanbul Valiliyindən məlumat verilib
Hadisə
29 İyun , 2016 12:29
Baş konsulluq: İstanbulda törədilən terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

İstanbul. 29 iyun. REPORT.AZ/ İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur. 

Bu barədə "Report"un Türkiyə bürosuna Azərbaycanın İstanbuldakı Baş konsolluğundan məlumat verilib.

Xəbərə görə, konsulluq əməkdaşları İstanbul Valiliyi ilə əlaqə saxlayıblar: "Bizə bildirdilər ki, terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur". 

Qeyd edək ki, terror aktı iyunun 28-də gecə saatlarında İstanbuldakı Atatürk Hava Limanının beynəlxalq terminalında törədilib. Rəsmi məlumatlara görə, partlayışlar nəticəsində 36 nəfər həyatını itirib, 147 nəfər isə yaralanıb.

Ölən 36 nəfərdən 5-i Səudiyyə Ərəbistanı, 2-si İraq, 1-i Ukrayna, 1-i İran, 1-i Çin, 1-i isə Özbəkistan vətəndaşıdır. 

Son xəbərlər

Orphus sistemi