Baş infeksionist: “Gürcüstan Çin vaksini əldə etməyə hazır idi”

Baş infeksionist: “Gürcüstan Çin vaksini əldə etməyə hazır idi” Hazırda Gürcüstan seçim qarşısındadır
Hadisə
3 Mart , 2021 16:38
Baş infeksionist: “Gürcüstan Çin vaksini əldə etməyə hazır idi”
Tengiz Tsertsvadze

“Gürcüstan Çin vaksinini almağa çoxdan hazır idi”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.

Onun sözlərinə görə, bir sıra telekanallar və həkimlər Çin istehsalı olan peyvəndi tənqid etməyə başladı:

“Biz bunu nəzərə aldıq və həmin vaksini idxal etmədik. Qonşularımız - Azərbaycan və Türkiyədə Çin peyvəndi ilə vaksinasiyaya start veriləndən sonra bizi günahlandırmağa başlayıblar”.

T.Tsertsvadze bildirib ki, hazırda Gürcüstan seçim qarşısındadır:

“Əgər Avropa vaksini istəyiriksə, bir az dözməliyik və yaxud Çin peyvəndindən imtina etməməliyik”.

Baş infeksionist ölkəyə vaksin tədarükünün ləngiməsindən çox narahat olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi