Baş DYP İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlər keçirib

Baş DYP İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlər keçirib Qurban bayramı günlərində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə bilecek yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib.
Hadisə
9 iyul 2022 06:21
Baş DYP İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlər keçirib

Qurban bayramı günlərində Baş Dövlət Yol Polis İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirib.

Bu barədə "Report"a İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı sürət həddinə riayət olunması, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmamaları, manevretmə qaydalarını kobud şəkildə pozmamaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçmələri və ən çox da yuxulu, yaxud yorğun halda avtomobil idarə etməmələri sürücülərin diqqətinə çatdırılıb.

Tədbirdə sürücülərlə yanaşı avtomobillərdə olan uşaqlarla da söhbət aparılıb. Onlara Baş DYP İdarəsi tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.

Uşaqlar şərti yol polisləri elan edilərək onlara valideynlərə nəzarət etmək, yollarda qayda pozduqları zaman xəbərdarlıq etmək tövsiyə olunub.

"Vətəndaşlarımızın mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün Baş DYP İdarəsi tərəfindən belə tədbirlərin keçirilməsi davam etdiriləcəkdir", - DYP-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi