Barak Obama Orlando şəhərindəki gecə klubunda baş vermiş qanlı hadisəni terror aktı adlandırıb

Barak Obama Orlando şəhərindəki gecə klubunda baş vermiş qanlı hadisəni terror aktı adlandırıb Ağ Ev rəhbəri bu olayın terror olduğunu bildirib
Hadisə
12 İyun , 2016 22:19
Barak Obama Orlando şəhərindəki gecə klubunda baş vermiş qanlı hadisəni terror aktı adlandırıb

Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Florida ştatının Orlando şəhərindəki "Pulse" gecə klubunda baş vermiş qanlı hadisəni terror aktı adlandırıb. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu olayın terror olduğunu bildirib. 

Qeyd edək ki, hadisənin əsl təfərrüatı hələlik məlum deyil. Orlando şəhərindəki atışma ABŞ-da çoxlu sayda insana atəş açılması ilə bağlı ən qanlı cinayət işidir. 

Hadisə əfqan əsilli Ömər Martin tərəfindən törədilib. Nəticədə 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi