Bankomat kartları oğurlayan 2 yeniyetmə saxlanılıb

Bankomat kartları oğurlayan 2 yeniyetmə saxlanılıb Bakı. 30 aprel. REPORT.AZ/ Oğurluqda şübhəli bilinən Abşeron rayon sakinləri olan 2 yeniyetmə tutulub.
Hadisə
30 Aprel , 2018 11:31
Bankomat kartları oğurlayan 2 yeniyetmə saxlanılıb

Bakı. 30 aprel. REPORT.AZ/ Oğurluqda şübhəli bilinən Abşeron rayon sakinləri olan 2 yeniyetmə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"qa verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisində 1 avtomobildən bankomat kartları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün daha 2 avtomobildən oğurluğa cəhd göstərmələri, habelə 6 avtomobildən pul, mobil telefon və bankomat kartları oğurlamaları da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi