“Beynəlxalq Bank”ın sabiq əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

“Beynəlxalq Bank”ın sabiq əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb Bakı. 29 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının Fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi - Rüfət Muradov və onun dostu Anar Vəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
29 yanvar 2019 05:38
“Beynəlxalq Bank”ın sabiq əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının Fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi - Rüfət Muradov və onun dostu Anar Vəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Yasamal rayon filialının Fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi R.Muradovla dostu A.Vəliyev, ümumilikdə, 118 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Muradov 8 il və A.Vəliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi