Banka qarşı dələduzluqda təqsirləndirilənin məhkəməsi başladı

Banka qarşı dələduzluqda təqsirləndirilənin məhkəməsi başladı Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Akif Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
7 mart 2020 10:16
Banka qarşı dələduzluqda təqsirləndirilənin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Akif Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 10-na təyin edilib.

Qeyd edək ki, Məmmədov Akif İlman oğlu “Paşa Bank” ASC-yə qarşı külli miqdarda (50 min manatdan artıq) dələduzluqda təqsirləndirlir. 

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi