Yuxarı

​“Bank Standard”a qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

İşin araşdırılması üçün ekspertiza təyin edilib

Bakı. 20 noyabr. REPORT.AZ/ “Panorama” İstirahət Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və Kamil Yadigar oğlu Hüseynovun “Bank Standard” Kommersiya Bankına (KB) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən iclasda qərar çıxarılıb.

Qərara əsasən, iş araşdırılması üçün ekspertiza təyin edilib.

Qeyd edək ki, bu il “Bank Standard” (KB) “Panorama” İstirahət Kompleksi və Kamil Yadigar oğlu Hüseynovu məhkəməyə verib. Nərimanov Rayon Məhkəməsinə müraciət edən bank kredit borcu barədə tələb irəli sürüb. Məhkəmə iddia tələbini qismən təmin edib. Qərardan narazı qalan istirahət kompleksi və K.Hüseynov apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi