Öz kartına yarım milyon dollar köçürən "Bank of Baku" əməkdaşının hökmündən protest verilib

Öz kartına yarım milyon dollar köçürən "Bank of Baku" əməkdaşının hökmündən protest verilib
Hadisə
24 Aprel , 2019 09:47
Öz kartına yarım milyon dollar köçürən Bank of Baku əməkdaşının hökmündən protest verilib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakıda "Bank of Baku"dan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

"Report"un xəbərinə görə, prokuror Fariz Rzayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, E.Vəliyevin cəzasının ağırlaşdırılmasını istəyib.

Məhkəmənin ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları, dövlət ittihamçısının isə apellyasiya dələlləri araşdırılıb.

Növbəti proses mayın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin dekabr ayında baş verib.

Belə ki, E.Vəliyev "Bank of Baku"nun Nərimanov rayonu ərazisində yerləşən filialında əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş E.Vəliyevə şərti cəza verilib.

Xatırladaq ki, E.Vəliyev bankın Texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb.