Baloğlan Əşrəfovun qohumunu avtomobil vurub

Baloğlan Əşrəfovun qohumunu avtomobil vurub On üç yaşlı uşağın vəziyyəti ağırdır
Hadisə
6 Aprel , 2017 23:58
Baloğlan Əşrəfovun qohumunu avtomobil vurub

Bakı. 6 aprel. REPORT.AZ/ Masallı rayonunun Bədalan kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 2004-cü il təvəllüdlü, Tağıyev Rauf Rafiq oğlu yolu keçmək istəyərkən onu maşın vurub.

Nəticədə piyada ağır kəllə-beyin travması alaraq Bakı şəhərində yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən müğənni Baloğlan Əşrəfovun dayısı nəvəsidir.

Son xəbərlər

Orphus sistemi