Balaxanıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyülüb

Balaxanıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyülüb Qadın hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb
Hadisə
106
23 Sentyabr , 2017 08:27
Balaxanıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyülüb
Foto: Report.az

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda kişi qeyri-rəsmi münasibətdə olduğu qadın və onun övladları tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, Balaxanı qəsəbəsində 59 yaşlı Bünyadov Mühətdin Məmməd oğlu qeyri-rəsmi münasibətdə olduğu Rəsmiyyə adlı qadınla elə onun evində dava edib.

Nəticədə M.Bünyadov qadının özü və övladları tərəfindən hücuma məruz qalıb. O, döyülərək xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Rəsmiyyə adlı qadın isə (soyadı məlum deyil) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinə gələrək M.Bünyadovu özü döydüyünü bildirib.

Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi