Balaxanı poliqonundan silah-sursat tapılıb

Balaxanı poliqonundan silah-sursat tapılıb ​Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Dekabr , 2015 13:21
Balaxanı poliqonundan silah-sursat tapılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Balaxanı məişət tullantıları poliqonundan silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən “Təmiz şəhər” ASC-nin Balaxanı məişət tullantıları poliqonundan istifadəyə yararsız “Makarov” markalı tapança, pnevmatik tapança, süngü bıçaq, 198 ədəd müxtəlif çaplı patron və avtomat üçün patron darağı tapılıb.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi