Balakəndə zenit top mərmisi aşkarlandı

Balakəndə zenit top mərmisi aşkarlandı Daxili İşlər Nazirliyinin Balakən Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Balakən rayonu, Hənifə kəndi ərazisindən keçən Balakən çayının yatağından 1 ədəd uzunluğu 30 sm olan mərminin tapılması barədə məlumat daxil olub.
Hadisə
30 may 2020 21:33
Balakəndə zenit top mərmisi aşkarlandı

Daxili İşlər Nazirliyinin Balakən Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Balakən rayonu, Hənifə kəndi ərazisindən keçən Balakən çayının yatağından 1 ədəd uzunluğu 30 sm olan mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Balakən Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Zenit top mərmisinin ətrafında 500 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi