Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub

Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub Balakən. 10 dekabr. REPORT.AZ/ Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub.
Hadisə
10 dekabr 2018 10:34
Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub
0 : 00
0 : 00

Balakən. 10 dekabr. REPORT.AZ/ Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə günorta saatlarında Balakən şəhər ərazisində baş verib.

Balakən rayon sakini Rafiq Məmmədovun idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar, rayonun Qaravəli kənd sakinləri - 2000-ci il təvəllüdlü Əfsanə Ziyaviddin qızı Qurbanova Fatimə Ramazan qızı Rəsulovanı vurub. Yaralılar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Ə.Qurbanovaya qapalı kəllə-beyn travması və beyin silkələnməsi dioqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində, F.Rəsulovanın müalicəsi isə Cərrahiyyə şöbəsində aparılır. 

Ə.Qurbanova və F.Rəsulovanın yaxın qohum, gəlin-baldız olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi