Balakəndə yol qəzası zamanı sürücü ölüb

Balakəndə yol qəzası zamanı sürücü ölüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
19 İyul , 2017 12:38
Balakəndə yol qəzası zamanı sürücü ölüb

Bakı. 19 iyul. REPORT.AZ/ Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə İyulun 18-də Balakən şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayon sakiniləri Tofiq Məcidovun idarə etdiyi "BMV" və Qurban Alqayevin idarə etdiyi "Ford-Tranzit" markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilən sürücü T.Məcidov orada ölüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi