Balakəndə yol qəzası baş verib, sürücü ölüb - YENİLƏNİB

Balakəndə yol qəzası baş verib, sürücü ölüb - YENİLƏNİB Balakən. 25 dekabr. REPORT.AZ/ Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən motosikletçinin şəxsiyyəti məlum olub.
Hadisə
25 Dekabr , 2018 12:44
Balakəndə yol qəzası baş verib, sürücü ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

Balakən. 25 dekabr. REPORT.AZ/ Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən motosikletçinin şəxsiyyəti məlum olub.

"Report"yerli bürosunun məlumatına görə, rayonun Hənifə kənd sakini kəndin sakini Aydın Keçiliyevin idarə etdiyi “UAZ-3962” markalı avtomobillə, rayonun Kortala kənd sakini Məhəmməd Osmanovun idarə etdiyi “M” markalı motosiklet toqquşub. Nəticədə M.Osmanov hadisə yerində ölüb.

Faktla bağlı Balakən rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.


*** 11:12

Balakən. 25 dekabr. REPORT.AZ/ Balakən rayonunda yol qəzası baş verib. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Hənifə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “UAZ-3962” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "M" markalı motosikletlə toqquşub.

Hadisə nəticəsində Motosikletin sürcüsünün öldüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi