Balakəndə silsilə oğurluqlar edən şəxslər tutulub - FOTO

Balakəndə silsilə oğurluqlar edən şəxslər tutulub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Yanvar , 2016 14:03
Balakəndə silsilə oğurluqlar edən şəxslər tutulub - FOTO

Bakı. 11 yanvar. REPORT.AZ/ Balakən rayonunda silsilə oğurluqlar edən şəxslər tutulub. "Report" xəbər verir ki, rayon sakini 1972-ci il təvəllüdlü Kamran Abdul oğlu Vasayev və 1981-ci il təvəllüdlü rayonun Talavar kənd sakini Əhməd Vəli oğlu Musayev mağazalardan oğurluqda şübhəli bilinərək saxlanılıb.

Baləkən Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a bildirilib ki, dekabrın 12-dən yanvarın 8-nə qədər adı çəkilən şəxslər rayon ərazisində olan ərzaq dükanlarından tütün məmulatları və ərzaq malları oğurlayıblar: "Onların evlərinə baxış keçirilən zaman dükanlardan oğurlanan tütün məmulatlar, həmçinin dükanların qıfıllarını sındırdıqları alətlər və avadanlıqlar aşkarlanıb".

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi