Balakəndə restoranda toy edənlər cərimələndi

Balakəndə restoranda toy edənlər cərimələndi Obyekt sahibi Rauf Muradova ciddi xəbərdarlıq edilib
Hadisə
193
3 Aprel , 2021 15:07
Balakəndə restoranda toy edənlər cərimələndi

Balakən rayonunda şəhər ərazisində yerləşən “El-Pera” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq toy mərasiminin keçirildiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən 50 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy məclisi dayandırılıb.

Sanitar-karantin qaydalarını pozan restoranın sahibi, xidmət personalı, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb.

Həmçinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunan obyekt sahibi Rauf Muradova ciddi xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi