Balakəndə qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb - YENİLƏNİB - VİDEO

Balakəndə qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb - YENİLƏNİB - VİDEO Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab”a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb.
Hadisə
1141
2 İyul , 2020 21:07
Balakəndə qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb - YENİLƏNİB - VİDEO

Video əlavə olunub


***19:00

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab”a düşən qonur ayı balalarını satmaq istəyən şəxsləri saxlayıblar.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman “Ford” markalı avtomobilə “Saxla” əmri verilib. Avtomobilə baxış zamanı orada iki qonur ayı balası aşkar edilib. Avtomobildə olan sürücü və sərnişinlər saxlanılaraq polis şöbəsinə gətirilib. Onların Şəki rayon sakinləri Anar Abdullayev, Fazil Sadıqov və Vasif Əhmədov olduqları müəyyən edilib. A.Abdullayev və F.Sadıqov ifadələrində Şəki rayonunda meşəyə gedərkən orada qonur ayı balalarını görərək özləri ilə yaşadıqları ünvana gətirdiklərini, bir aydan artıq bəslədikdən sonra onları 3 500 manata satmaq üçün V.Əhmədova məxsus avtomobillə Balakən rayonuna gətirdiklərini bildiriblər.

Qonur ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib və Altıağac Milli Parkı nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.