Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib

Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib Balakən RPŞ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində nişan mərasimi keçirilməsi müəyyən edilib
Hadisə
159
12 Aprel , 2021 07:52
Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb. Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi