Balakəndə narkotik satan şəxslərə qarşı keçirilən əməliyyatda polis silah tətbiq edib

Balakəndə narkotik satan şəxslərə qarşı keçirilən əməliyyatda polis silah tətbiq edib Araşdırmalar davam etdirilir
Hadisə
18 İyul , 2016 13:28
Balakəndə narkotik satan şəxslərə qarşı keçirilən əməliyyatda polis silah tətbiq edib

Bakı. 18 iyul. REPORT.AZ/ Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

“Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, iyulun 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub.

Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində tutularkən, o, idarə etdiyi “Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan bir dəfə atəş açaraq K.Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib.

K.Məmmədov tutulub və idarə etdiyi avtomobilə baxış zamanı 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi