Yuxarı

Balakəndə narkotik maddə satan 3 nəfər saxlanılıb

Balakəndə narkotik maddə satan 3 nəfər saxlanılıb
Faktla bağlı cinayət işi başlanılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazma kənd sakinləri Yusif Mirəliyev, Təbriz Hüseynov və Rauf Davudov narkotik vasitə satarkən saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baxış zamanı onlardan satmaq istədikləri və üzərlərində olan marixuana götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Y.Mirəlyevin yaşadığı evə baxış keçirilib. Oradan 24 qram marixuana və çətənə kolu, habelə müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi və 5 ədəd patron aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi