Balakəndə məktəb binası yanıb

Balakəndə məktəb binası yanıb Hadisə Şərif kəndində qeydə alınıb
Hadisə
5 Aprel , 2015 06:12
Balakəndə məktəb binası yanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Balakən rayonunun Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 495 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət məktəb binasının yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, məktəbin yaxınlıqda olan digər korpusu və anbar binası yanğından mühafizə olunmub. Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi