Balakəndə itkin düşən kişinin meyiti tapılıb - FOTO

Balakəndə itkin düşən kişinin meyiti tapılıb - FOTO Balakən.15 avqust.REPORT.AZ/ Beş gün əvvəl Balakən rayonunda itkin düşən kişinin meyiti tapılıb.
Hadisə
15 Avqust , 2018 13:23
Balakəndə itkin düşən kişinin meyiti tapılıb - FOTO

Balakən.15 avqust.REPORT.AZ/ Beş gün əvvəl Balakən rayonunda itkin düşən kişinin meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 1950-ci il təvəllüdlü Süleyman Müslüm oğlu Ramazanovun meyiti sakini olduğu İtitala kəndi ərazisində aşkar edilib.

Məlumata görə, 68 yaşlı kənd sakini selə düşüb və meyiti də su çəkildikdən sonra aşkarlamaq mümkün olub.

Qeyd edək ki, S.Ramazanov avqustun 10-da itkin düşüb. Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunmuşdu. 

Son xəbərlər

Orphus sistemi